Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli, 1685 nömrəli Fərmanının 9-cu bəndinin icrası ilə əlaqədar Xocalı rayonunda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri 24.01.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində" təlim keçirilmişdir.Təlimdə qeyd olunmuşdur ki, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlar öz səlahiyyətlərini həyata keçirərkən dövlət oqranları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlərə qarşılıqlı fəaliyyət göstərməlidirləər və onlar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutmalıdırlar. Eyni zamanda rayon sakinləri tərəfindən daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada qaldırdıqları problemləri həll etyməyə təşəbbüs göstərməlidirlər. Hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyət məlumatlandırılmalıdır. Qeyd edək ki, rayon üzrə hüquqi maarifləndirmə işlərinin aparılması istiqamətində il ərzində müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.